Bakı. Elçin Hüseynov - Trend:
Rusiya 2016-cı ildə neft idxalını təxminən 4% artıraraq 254-255 milyon tona çatdıra bilər. Trend xəbər verir ki, bu barədə RİA Novosti-yə RF energetika nazirinin müavini Aleksey Teksler bildirib.
O deyib ki, neft idxalı iki amilə əsasən artırılacaq - emalın azalması və istehsalın artması.
Daha əvvəl A.Teksler 2016-cı ildə neft idxalının 3,5% səviyyəsində artacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, 2015-ci ildə Rusiya 244,485 milyon ton neft ixrac edib.