...

Ən nüfuzlu insanların siyahısı hazırlanıb

Dünya xəbərləri Materials 21 Aprel 2016 18:33 (UTC +04:00)
ABŞ-ın "Time" jurnalı dünyanın 100 ən nüfuzlu insanının siyahısını hazırlayıb.
Ən nüfuzlu insanların siyahısı hazırlanıb

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın "Time" jurnalı dünyanın 100 ən nüfuzlu insanının siyahısını hazırlayıb.

Trend jurnalın saytına istinadən xəbər verir ki, 2016-cı ilin reytinqində Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard, aktyor Leonardo Di Kaprio, "Facebook"un təsisçisi Mark Tsukerberq, onun həyat yoldaşı Pristsilla Çan və digərləri daxildir.

Siyahının "liderlər" bölməsində birinci yerdə K.Laqard gəlir. Bu bölmədə Rusiya, ABŞ, Çin, KXDR, Fransa, Almaniya prezidentləri, həmçinin Hillari Klinton və Donald Tramp var.

"Kumirlər" kateqoriyasına L.Kaprio, "titanlar" bölməsinə isə M.Tsukerberq və P.Çan liderlik edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti