...

"Alibaba" rəhbəri Asiyanın ən varlı insanı olub

Dünya xəbərləri Materials 27 Aprel 2016 12:03 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

İnternet satışları üzrə Çinin ən iri "Alibaba Group" şirkətinin təsisçisi və direktorlar şurasının sədri Cek Ma Asiyanın ən varlı insanı olub.

Bu barədə Trend Bloomberq-a istinadən xəbər verir.

C.Manın var-dövləti 4,3 milyard artaraq 33,3 milyard dollara çatıb.

Asiyanın ən varlı insanları siyahısında ikinci (32,7 milyard dollar) yerdə "Dalian Wanda" qrupun təsisçisi Van Tzyanlin yer alıb. 2015-ci ilə kimi o siyahıda birinci yerdə dururdu.

Siyahının üçüncü yerində honkonqlu sahibkar Li Kaşin 29,5 milyard dollarla yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti