...

Baş katib: NATO Rusiya ilə qarşıdurma istəmir

Dünya xəbərləri Materials 2 May 2016 13:35 (UTC +04:00)
NATO Rusiya ilə qarşıdurma, qızğın silahlanma və yeni soyuq müharibə istəmir.
Baş katib: NATO Rusiya ilə qarşıdurma istəmir

Bakı. Elçin Hüseynov - Trend:

NATO Rusiya ilə qarşıdurma, qızğın silahlanma və yeni soyuq müharibə istəmir. Amma biz güc və inandırıcı vasitələr nümayiş etdirməklə Moskvanın bu məsələrlə bağlı hərəkətlərinə cavab verməyi düşünürük.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberg LENA nəşrlər alyansına müahibəsində bildirib.

Baş katib deyib ki, Alyans Rusiya ilə gərginliyə çalışmır, amma Krımın anneksiyasına və Ukraynanın şərqindəki sabitliyin pozulmasına reaksiya verir.

Onun fikrincə, "siyasi dialoqun yollarını daim açıq saxlamağa" ehtiyac var.

Y.Stoltenberg qeyd edib ki, Rusiyanın hərəkətlərinə cavab olaraq NATO şərqindəki hərbi təmsilçiliyini genişləndirmək fikrindədir və Baltikyanı ölkələrin hər birinə batalyon göndərmək niyyətindədir: "Söz çoxmillətli qüvvələrdən gedir. Bununla biz onu göstəririk ki, bir müttəfiqimizə hücumu bütün NATO-ya hücüm kimi qəbul edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti