Bakı. Elçin Hüseynov - Trend:
Keniyada 6 mərtəbəli binanın dağıntılar altında 6 gün sağ qalan qadın tapılıb. Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.
Xatırladaq ki, Keniyada aprelin 29-da leysan nəticəsində 6 mərtəbəli yaşayış binası dağılıb. Hadisə nəticəsində 120 nəfəri xilas etmək mümkün olub. Ən azı, 23 insan həlak olub, 93 nəfər isə itkin sayılır.
Qəzadan 4 gün sonra dağıntılar altında sağ qalan 6 aylıq uşaq tapılmışdı.