Bakı. Elçin Hüseynov - Trend:
ABŞ Prezidenti Barak Obama Yaponiyanın Hirosima şəhərinə tarixi səfər edəcək. Trend Reuters-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumat yayıb.
Daha əvvəlki məlumatlara əsasən, B.Obama Hirosimaya mayın axırlarında səfər edəcək.
Qeyd edək ki, aprel ayında ABŞ-ın dövlət katibi Con Kerri Yaponiyada Hirosima Sülh Parkına baş çəkib. C.Kerri bu parka səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub.
Xatırladaq ki, Hirosima 1945-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin atom bombası atdığı iki Yaponiya şəhərindən biridir.