...

Paris hava limanında "Air France"ın iki təyyarəsi toqquşub

Dünya xəbərləri Materials 11 May 2016 14:00 (UTC +04:00)
Parisin "Şarl de Qol" Beynəlxalq hava limanında "Air France" şirkətinə məxsus iki təyyarə toqquşub.
Paris hava limanında "Air France"ın iki təyyarəsi toqquşub

Bakı. Elçin Hüseynov - Trend:

Parisin "Şarl de Qol" Beynəlxalq hava limanında "Air France" şirkətinə məxsus iki təyyarə toqquşub.

Trend "Airlive" saytına istinadən xəbər verir ki, hadisə bu gün səhər baş verib.

Toqquşma uçuş-eniş zolağında "Airbus A3202 və "Boeing 777-300ER" təyyarələri arasında qeydə alınıb. Hadisə birinci təyyarə Tunis istiqamətində uçuşu həyata keçirməyə hazırlaşarkən, ikincisi isə Dakardan Paris aeroportuna enərkən baş tutub.

Toqquşma nəticəsində zərər çəkmişlərlə bağlı dəqiq məlumat hələlik verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti