...

Nadejda Savçenko rusiyalı hərbçilərə dəyişdirildi

Dünya xəbərləri Materials 25 May 2016 14:53 (UTC +04:00)
Rusiyada məhkum olunan qalmaqallı ukraynalı hərbçi Nadejda Savçenko Rostov-na-Donu şəhərindən təyyarə ilə Kiyevə yola salınıb.
Nadejda Savçenko rusiyalı hərbçilərə dəyişdirildi

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyada məhkum olunan qalmaqallı ukraynalı hərbçi Nadejda Savçenko Rostov-na-Donu şəhərindən təyyarə ilə Kiyevə yola salınıb.

Trend Reuters-ə istinadən xəbər verir ki, N.Savçenko Ukrayna prezidentinin təyyarəsində Kiyevə çatdırılacaq.

N.Savçenkonun vətəninə qayıdışı Rusiya ilə Ukrayna arasında mübadilə əsasında baş tutub. Rəsmi Kiyev onun əvəzinə Donbassda döyüşlər zamanı həbs olunan, 14 il müddətinə məhkum olunmuş rusiyalı hərbçilər Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovu Moskvaya təhvil verəcək.

Y.Yerofeyev və A.Aleksandrovun Rusiya prezidentinin təyyarəsində Kiyevdən Moskvaya yola salındığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti