...

Nazarbayev: Qazaxıstanda "rəngli inqilab"ın əlamətləri görünür (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 8 İyun 2016 15:19 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hesab edir ki, ölkədə "rəngli inqilab"ın əlamətləri görünür.
Nazarbayev: Qazaxıstanda "rəngli inqilab"ın əlamətləri görünür (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:27-də yayılıb)

Bakı. Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hesab edir ki, ölkədə "rəngli inqilab"ın əlamətləri görünür.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının müraciətində deyilir.

O bildirib: "Biz hamımız bilirik ki, "rəngli inqilab"ların müxtəlif metodları var və uydurma mitinqlərdən, qətllərdən, hakimiyyəti ələ keçirmək cəhdlərindən başlayır. Bizdə də bu əlamətlər peyda olub".

N.Nazarbayev qeyd edib ki, hakimiyyət ekstremistləri və terrorçuları yatırtmaq üçün ən sərt tədbirlər görəcək.

Prezident əlavə edib ki, Aktobe şəhərində silsilə hücumlar törədən cinayətkarlar xaricdən göstəriş alıblar.

N.Nazarbayev 9 iyun tarixini Qazaxıstanda matəm günü elan edib.

Xatırladaq ki, iyunun 5-də Aktobedə terror aktı törədilib. Şəhərdə obyektlərə hücum edənlərin 13-ü məhv edilib, 4-ü yaralanıb. Dəstə üzvlərindən 6 nəfər axtarışdadır.

Qazaxıstan DİN- bəyanatında deyilir ki, silah mağazalarına hücum nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Eləcə də daxili işlər orqanlarının 5 əməkdaşı yaralanıb. Bundan başqa, hərbi hissəyə hücum zamanı Milli Qvardiyanın 3 hərbi qulluqçusu həlak olub, 6 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti