Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə "İncirlik" hərbi bazasının yanğın xidmətinin rəisi evinin həyətində ölü vəziyyətdə tapılıb.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ vətəndaşı olan hərbi baza əməkdaşının ölüm səbəbi məlum deyil.
Fakt üzrə cinayət işi qaldırılıb, araşdırma aparılır.