...

XİN: Türkiyə Rusiya HHQ-ni "İncirlik" bazasına dəvət etməyib

Dünya xəbərləri Materials 4 İyul 2016 15:00 (UTC +04:00)
Türkiyə Rusiya Hərbi Hava Qüvvələrini "İncirlik" aviabazasına dəvət etməyib.
XİN: Türkiyə Rusiya HHQ-ni "İncirlik" bazasına dəvət etməyib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Rusiya Hərbi Hava Qüvvələrini "İncirlik" aviabazasına dəvət etməyib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə mətbuatı onun sözlərini düzgün çatdırmayıb.

XİN rəhbəri qeyd edib ki, Türkiyə İŞİD terror təşkilatına qarşı mübarizə üzrə bütün koalisiya ölkələri ilə əməkdaşlıq edir: "Ankara terrorla mübarizədə Rusiya ilə də əməkdaşlığa hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti