Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə Fəthullah Gülən hərəkatının tərəfdarlarının evlərində kütləvi axtarış başlayıb.
Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məluamata görə, İzmir vilayətində Gülən tərəfdarlarına aid 250 mənzildə axtarış aparılıb, nəticədə 150-dən çox nəfər saxlanılıb.
Bu cür axtarışlar Türkiyənin digər vilayətlərində də aparılacaq.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.