...

ABŞ nümayəndə heyəti Türkiyədə Fətullah Gülənin ekstradisiyasını müzakirə edəcək

Dünya xəbərləri Materials 12 Avqust 2016 14:29 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək.

Trend Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Fətullah Gülənin ekstradisiyasını müzakirə edəcək.

Bu barədə ədliyyə naziri Bəkir Bozdağ bildirib. B.Bozdağ deyib ki, ABŞ terror təşkilatının başçısı F.Güləni dəstəkləməməlidir.

Bundan öncə İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb. F.Gülən Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti