...

Türkiyədə polis məntəqəsinə silahlı hücum olub

Dünya xəbərləri Materials 15 Avqust 2016 12:55 (UTC +04:00)
Türkiyənin şərqində Ağrı vilayətində avtomat silahlar və əldədüzəltmə partlayıcı qurğularla silahlanmış terrorçu dəstə Doğubəyazit şəhər polis məntəqəsinə hücum ediblər.
Türkiyədə polis məntəqəsinə silahlı hücum olub

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin şərqində Ağrı vilayətində avtomat silahlar və əldədüzəltmə partlayıcı qurğularla silahlanmış terrorçu dəstə Doğubəyazit şəhər polis məntəqəsinə hücum ediblər. Trend bu barədə Türkiyənin "Haber 7" qəzetinə istinadən məlumat verir.

Silahlı hücumun arxasında PKK teror təşkilatının durduğu bildirilir. Silahlı basqın nəticəsində xəsat alan yoxdur.

Hazırda Doğubəyazitdə polis nəzarəti gücləndirilib, polis tərəfindən xüsusi əməliyyata başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti