...

Türkiyədə 16 minə yaxın işçi qovuldu, bir sıra qurumlar bağlandı (SİYAHI) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 22 Noyabr 2016 11:28 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri, polis və digər qurumların bir sıra işçiləri vəzifələrindən azad olunub.
Türkiyədə 16 minə yaxın işçi qovuldu, bir sıra qurumlar bağlandı (SİYAHI) (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:53-də yayılıb)

Bakı. Trend:

Türkiyədə 15 iyul hadisələri ilə bağlı elan olunan fövqəladə vəziyyət çərçivəsində Nazirlər Kabineti tərəfindən qəbul edilən 677 saylı Qərara əsasən, Türkiyə Silahlı Qüvvələri, polis və digər qurumların bir sıra işçiləri vəzifələrindən azad olunub.

Trend-in "Resmi Gazete"yə istinadən verdiyi məlumata görə, həmçinin bir çox dərnək, idarə və mətbuat qurumları bağlanıb.

Qərara uyğun olaraq:

- Daxili İşlər Nazirliyi və tabe qurumlarda 2696;
- Ali Təhsil Qurumunda (YÖK) 1184;
- Səhiyyə Nazirliyində 752;
- Maliyyə Nazirliyində 526;
- Ailə və Sosial Siyasət Nazirliyində 131;
- Milli Təhsil Nazirliyində 119;
- Dini İşlər Nazirliyində 94;
- Enerji və Təbii Sərvətlər Nazirliyində 73;
- Meşə və Su Təsərrüfatı Nazirliyində 52;
- TRT-də 45;
- Milli Müdafiə Nazirliyində 23;
- Hakimlər və Prokurorlar Ali Qurumunda (HSYK) 15;
- Fövqəladə Hallar İdarə edilməsi Nazirliyində (AFAD) 14;
- Gənclər və İdman Nazirliyində 13;
- Mədəniyyət və Turizm Nazirliyində 11;
- Türk Əməkdaşlıq və Əlaqələndirmə Agentliyində (TİKA) 1 nəfər olmaqla, cəmi 5749 işçi vəzifələrindən azad edilib.

İşdən azad edilmiş dövlət qulluqçuları arasında 7586 polis əməkdaşı, Quru Qoşunlarının 1259, Hərbi Dəniz Qüvvələrinin 391, Hərbi Hava Qüvvələrinin 338 hərbi qulluqçusu və 403 Jandermeriya əməkdaşı da var.

Ümumilikdə 15 761 nəfər dövlət qulluqçusu xidmətdən kənarlaşdırılıb.

Bundan başqa, 375 dərnək və 9 mətbuat-yayım qurumu bağlanıb.

Bundan əvvəl vəzifəsindən azad edilən 157 nəfər isə işinə bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti