Bakı. Trend:
Almaniyanın "Lufthansa" aviaşirkəti artıq dördüncü gündür ki, davam edən işçilərin tətili ilə əlaqədar bu gün 137 reysi təxirə salıb. Trend bu barədə "İnterfaks" agentliyinə istinadən məlumat verir.
Şirkətin yaydığı məlumata gröə, bu gün təxirə salınan reyslər 30 minə yaxın sərnişinə təsir edəcək.
Ümumilikdə 4 gün davam edən tətil ərzində şirkət 345 min sərnişinə xidmət göstərməli 2 755 reysi təxirə salıb.
Qeyd edək ki, tətil edən pilotlar əmək haqlarının 22 faiz artırılmasını tələb edirlər.