...

Misirdə sərnişin qatarı relsdən çıxıb

Dünya xəbərləri Materials 8 Dekabr 2016 20:48 (UTC +04:00)
Misirin paytaxtı Qahirəyə yola düşən sərnişin qatarı Nil çayının deltasında yerləşən Minufiya əyalətində relsdən çıxıb.
Misirdə sərnişin qatarı relsdən çıxıb

Bakı. Trend:

Misirin paytaxtı Qahirəyə yola düşən sərnişin qatarı Nil çayının deltasında yerləşən Minufiya əyalətində relsdən çıxıb.

Trend TASS agentliyinə istinadən xəbər verir ki, qəza zamanı sərnişinlər arasında böyük təşviş yaranıb, bir çoxu özünü vaqonların pəncərəsindən atıb.

Yerli polisin məlumatına görə, qəzada xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti