...

Portuqaliyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

Dünya xəbərləri Materials 13 Dekabr 2016 19:35 (UTC +04:00)
Portuqaliyanın keçmiş prezidenti Mariu Suariş xəstəxanaya yerləşdirilib.
Portuqaliyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

Bakı. Trend:

Portuqaliyanın keçmiş prezidenti Mariu Suariş xəstəxanaya yerləşdirilib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

92 yaşlı sabiq prezident Lissabon Qırmızı Xaç Xəstəxanasında həkim nəzarətindədir. Həkimlərin sözlərinə görə, onun vəziyyəti getdikcə pisləşir. Hazırda həkimlər dəqiq diaqnoz qoymağa çalışırlar.

M.Suarişi xəstəxanada Portuqaliyanın hazırkı prezidenti Marselu Rebelu di Soza ziyarət edib.

M.Suariş Portuqaliya Sosialist Partiyasının banisi olub. O, 2 dəfə baş nazir postunu, 1986-1996-cı illərdə prezident postunu tutub.

Xəbər lenti

Xəbər lenti