...

Medvedevdən tapşırıq: Spirt tərkibli qeyri-qida məhlulları yığışdırılsın

Dünya xəbərləri Materials 19 Dekabr 2016 18:49 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Baş naziri Dmitri Medvedev hökumətə spirt tərkibli qeyri-qida məhlullarının pərakəndə ticarətdən yığışdırılması və müvafiq olaraq yeni qanunun qəbulunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyi tapşırıb.

Qeyd edək ki, bazar günü İrkutskda 48 nəfərin ölümü ilə nəticələnən "Yemişan" adlı sprit tərkibli məhluldan kütləvi zəhərlənmə faktı qeydə alınıb.

İrkutskda "Yemişan"dan zəhərlənərək ölənlərin sayı 48-ə çatdı (YENİLƏNİB-4)

İrkutskda "Yemişan"dan zəhərlənərək ölənlərin sayı 48-ə çatdı (YENİLƏNİB-4)

Baş nazir əlavə edib ki, belə məhsulların satışı qeyri-qanunidir, məsuliyyət yaratmalıdır.

D.Medvedev Rusiya Daxili İşlər Nazirliyini bu vəziyyətə diqqət yetirməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti