...

İrkutskda "Yemişan"dan zəhərlənərək ölənlərin sayı 48-ə çatdı (YENİLƏNİB-4)

Dünya xəbərləri Materials 19 Dekabr 2016 16:48 (UTC +04:00)
İrkutskda həkimlər spirt tərkibli məhluldan zəhərlənmə ilə bağlı vəziyyəti dəyişdirə bilmirlər.
İrkutskda "Yemişan"dan zəhərlənərək ölənlərin sayı 48-ə çatdı (YENİLƏNİB-4)

İlk xəbər saat 09:05-də yayılıb

Bakı. Trend:

İrkutskda həkimlər spirt tərkibli məhluldan zəhərlənmə ilə bağlı vəziyyəti dəyişdirə bilmirlər, artıq zəhərlənən 57 nəfərdən 48-i ölüb.

Trend TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayətin Lenin rayonunun prokuroru Stanislav Zubovskiy deyib.

Zəhərlənənlərin əksəriyyəti komaya düşüblər. Sağ qalanların da vəziyyətinin ağır olduğu deyilir.

X X X

15:09

Rusiyanın İrkutsk vilayətində "Yemişan" adlı spirt tərkibli vasitədən zəhərlənərək ölənlərin sayı artıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölənlərin sayı 33 nəfərə çatıb.

X X X

11:46

Son məlumata görə, İrkutskda "Yemişan" adlı kosmetik vasitədən içki kimi istifadə edərək zəhərlənib ölənlərin sayı 26-ya çatıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Lenin rayonunun prokuroru Stanislav Zubovski məlumat verib.

X X X

09:05

İlkin ehtimala görə, "Yemişan" adlı spirt tərkibli məhsulla zəhərlənən 17 nəfər dünyasını dəyişib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dekabrın 19-da xəstəxanaya 37 nəfər zəhərlənmə diaqnozu ilə yerləşdirilib və onlardan 17 nəfəri artıq dünyasını dəyişib.

İlkin məlumata əsasən, həmin şəxslərin hamısı "Yemişan" adlı kosmetik vasitədən istifadə edib.

Belə ki, bu, spirt tərkibli kosmetik vasitədən içki kimi istifadə olunub.

Hazırda hadisə polis və tədqiqatçılar tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti