...

Ərdoğan: Türkiyə bu gün İstiqlal müharibəsindən sonra ən böyük mübarizəsini aparır

Dünya xəbərləri Materials 22 Dekabr 2016 21:01 (UTC +04:00)
Türkiyə ölkə üçün təhlükə törədən hərəkətlərə cavab verməyə bilməz.
Ərdoğan: Türkiyə bu gün İstiqlal müharibəsindən sonra ən böyük mübarizəsini aparır

Bakı. Trend:

Türkiyə ölkə üçün təhlükə törədən hərəkətlərə cavab verməyə bilməz.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, əgər ölkəsi dünyanın siyasi xəritəsini yenidən qurmaq cəhdlərinə biganə yanaşarsa, o zaman Türkiyənin bir dövlət kimi silinməsini təsbit edən Sevr müqaviləsi ilə qarşı-qarşıya qalar:

"Açıq danışmaq lazımdır. Türkiyə bu gün İstiqlal müharibəsindən sonra ən böyük mübarizə dövrünü yaşayır. Bu mübarizə tək millət, tək bayraq, tək vətən mücadiləsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti