...

Uqandada futbolçuların olduğu gəmi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 26 Dekabr 2016 17:26 (UTC +04:00)
Uqandada Albert gölündə gəminin qəzaya uğraması nəticəsində azı 30 nəfər həlak olub.
Uqandada futbolçuların olduğu gəmi qəzaya uğrayıb

Bakı. Trend:

Uqandada Albert gölündə gəminin qəzaya uğraması nəticəsində azı 30 nəfər həlak olub. Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Hadisə ötən gün, Milad bayramı qeyd olunanda baş verib. Məlumatlara görə, həmin gəmidə yerli futbol komandası və azarkeşlər olub.

Qəzanın baş vermə səbəbi kimi sərnişinlərin göyərtənin bir tərəfinə yığılması göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti