...

Nigeriyada terrorçu qadın zərərsizləşdirilib

Dünya xəbərləri Materials 27 Dekabr 2016 11:42 (UTC +04:00)
Nigeriyada bir qrup insan özünü partlatmaq istəyən terrorçu qadını zərərsizləşdirilib.
Nigeriyada terrorçu qadın zərərsizləşdirilib

Bakı. Trend:

Nigeriyada bir qrup insan özünü partlatmaq istəyən terrorçu qadını zərərsizləşdirilib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

İnsident ölkənin şimal-şərqində Mayduquri ştatında baş verib. Məlumatlara görə, iki terrorçu qadın bazar ərazisində partlayış törətmək istəyib. Onlardan biri partlayışı həyata keçirsə də, digərinin üzərində olan partlayıcı maddə işə düşməyib.

Bunu görən kütlə qadına hücum edib və onu döyərək öldürüb.

Partlayış nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmasa da, yerli polis bunun arxasında “Boko Haram”ın dayandığını ehtimal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti