Bakı. Trend:
ABŞ-ın Müdafiə Nazirliyi Türkiyənin İncirlik aviabazasını bağlaya biləcəyi barədə məsələyə münasibət bildirib.
Trend-in “lenta.ru” saytına istinadən məlumatına görə, Pentaqonun mətbuat katibi Piter Kuk bu sahədə Ankara ilə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə prezidentinin mətbuat katibi ABŞ və beynəlxalq koalisiya qüvvələrinin də istifadə etdiyi İncirlik aviabazasının bağlana biləcəyini bildirmişdi.