Bakı. Orxan Quluzadə - Trend:
"Türk Hava Yolları" İstanbul aeroportlarında yanvarın 7-nə nəzərdə tutulan 32 daxili reysi ləğv edib.
Trend-in aviaşirkətə istinadən verdiyi məlumata görə, reyslər əlverişsiz hava şəraiti səbəbindən ləğv olunub.
Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi.