Bakı. Trend:
Türkiyə Suriya və İraqla sərhəddə 330 kilometr uzunluğunda modul beton divar tikintisi başa çatdırıb.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, görülən tədbirlər nəticəsində ötən il dövlət sərhədini qanunsuz keçməyə göstərilən 57 186 cəhdin qarşısı alınıb və 424 641 nəfər saxlanılıb.
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı 2016 ilin avqust ayının 24-dən aparılır.