Bakı. Trend:
Braziliyanın Riu-Qrandi-du-Sul ştatının Natal şəhərində yerləşən həbsxanada qiyam baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qiyam nəticəsində azı 10 nəfər ölüb.
Hüquq-mühafizə orqanların məlumatına görə, qiyam həbsxanada bir-biri ilə mübarizə aparan iki dəstə üzvlərinin toqquşması nəticəsində başlayıb.
Qeyd edək ki, yanvar ayının əvvəlindən Braziliyanın həbsxanalarında qiyam nəticəsində 100-dən artıq insan ölüb.