...

Türkiyə əhalisi 1 ilə 1 milyon 74 min nəfər artıb

Dünya xəbərləri Materials 31 Yanvar 2017 11:57 (UTC +04:00)
Türkiyənin əhalisinin sayı artıb.
Türkiyə əhalisi 1 ilə 1 milyon 74 min nəfər artıb

Bakı. Fidan Həsənzadə - Trend:

Türkiyənin əhalisinin sayı artıb.

Trend-in Türkiyə Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə 78 741 053 nəfər olan əhalinin sayı 2016-cı ildə 1 073 818 nəfər 79 814 871 olub.

Əhalinin 50,2 faizi kişi (40 043 650 nəfər), 49,8 faizi isə qadındır (39 771 221 nəfər).

Şəhər əhalisi ümumi ölkə əhalisinin 92,3 faizini təşkil edir. Əhalinin yalnız 7,7 faizi kəndlərdə yaşayır.

Ötənilki göstəriciyə əsasən, Türkiyə əhalisinin orta yaşı 31,4-ə bərabərdir.

Ölkənin ən böyük şəhəri İstanbulun əhalisi 14,804 milyon nəfər təşkil edib. Türkiyə əhalisinin 18,5 faizi İstanbulda yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti