...

İrandan Trampın viza qadağasına CAVAB gəldi

Dünya xəbərləri Materials 31 Yanvar 2017 13:51 (UTC +04:00)
İranda Vaşinqtonun bir sıra müsəlman ölkələrinə viza məhdudiyyəti tətbiq etməsi qərarına cavab tədbirlərinin həyata keçirilməsi üçün qurumlararası komissiyanın yaradılması nəzərdə tutulur
İrandan Trampın viza qadağasına CAVAB gəldi

Bakı. Trend:

İranda Vaşinqtonun bir sıra müsəlman ölkələrinə viza məhdudiyyəti tətbiq etməsi qərarına cavab tədbirlərinin həyata keçirilməsi üçün qurumlararası komissiyanın yaradılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.

Onun sözlərinə görə, bu komissiyanın ilk addımı İranın bütün ölkədəki səfirlərinə direktivin göndərilməsi olacaq.

Komissiyanın növbəti addımları barədə müzakirələr nəticəsində qərar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti