Bakı. Trend:
Yaponiya əhalisinin sayı 2053-cü ilə 100 milyon nəfərdən aşağı olacaq.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu qənaətə ölkənin Səhiyyə Nazirliyi yanında Əhali və sosial sığorta məsələləri üzrə Elmi Araşdırmalar İnstitutu gəlib.
Hazırda 127 milyon olan Yaponiya əhalisi il ərzində 160 min nəfər azalıb.
Ümumiyyətlə, uzunmüddətli proqnozları nikbin hesab etmək olmaz: artıq 2065-ci ilə ölkə əhalisinin 88 milyonadək azalacağı ehtimal edilir.