...

Banqkok aeroportunda 300-ə yaxın əməkdaş tətil keçirir

Dünya xəbərləri Materials 6 Fevral 2017 09:48 (UTC +04:00)
Banqkokun Suvarnabxumi aeroportunda baqajların yoxlanılması xidmətinin 300-ə yaxın işçisi tətil keçirir.
Banqkok aeroportunda 300-ə yaxın əməkdaş tətil keçirir

Bakı. Trend:

Banqkokun Suvarnabxumi aeroportunda baqajların yoxlanılması xidmətinin 300-ə yaxın işçisi tətil keçirir. Trend-in məlumatına görə, bu barədə "Bangkok Post" qəzeti xəbər verib.

Aeroportun tətil edən əməkdaşları əmək haqlarının artırılması, nəqliyyat xərclərinin ödənilməsi, sosial güzəştlərin təmin edilməsi kimi tələblərlə çıxış edirlər.

Aeroport rəhbərliyi tətil edən əməkdaşlarla görüşüb, tələblərini dinləsə də, hələ ki, onlarla razılığa gələ bilməyib.

Aeroport əməkdaşlarının tətili ilə əlaqədar reyslərin gecikməsi və ya təxirə salınması barədə isə hələ məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti