...

Çində daha bir nəfər "quş qripi"ndən öldü

Dünya xəbərləri Materials 20 Fevral 2017 09:37 (UTC +04:00)
Çində "quş qripi" H7N9 virusundan növbəti ölüm faktı qeydə alınıb.
Çində daha bir nəfər "quş qripi"ndən öldü

Bakı. Trend:

Çində "quş qripi" H7N9 virusundan növbəti ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, Nanin şəhər sakini 41 yaşlı qadın dünyasını dəyişib. Onun ev quşları satışı ilə məşğul olduğu bildirilib.

Səhiyyə İdarəsinin oncədən verdiyi məluamata görə, o, fevralın 16-da həmin virusun simptomları ilə xəstəxanaya yerləşdirilibmiş. Sonra onun orqanizmində H7N9 olduğu analizlərlə təsdiq edilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Daha sonra mərhumun ölümdən öncə ətrafında olan şəxslərdə də tibbi müayinələr aparılıb, heç kəsdə həmin vuris aşkar edilməyib.

Qeyd edək ki, bu, fevral ayı ərzində Çinin həmin vilayətində artıq ikinci quş qripindən ölüm faktıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti