Bakı. Trend:
Rusiyanın “Aeroflot” aviaşirkəti özəlləşdirilə bilər.
Trend-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Vitali Savelyev TASS agentliyinə müsahibəsində deyib.
Bununla belə o qeyd edib ki, özəlləşdirmə prosesi Rusiya istehsalı olan aviatexnikanın şirkət tərəfindən alınmasından sonra baş verməlidir.
V.Savelyevin sözlərinə görə, hazırda “Aeroflot”un dəyəri 3 milyard dollardan çoxdur. Baş direktor şirkətin səhmlərinin 15 faizədək bahalaşa biləcəyini də qeyd edib.
O, həmçinin qeyd edib ki, hazırda aviaşirkətin səhmlərinin 49 faizi özəl investorlara məxsusdur.