...

İraq ordusu Mosulda Türkiyə konsulluğunun binasını nəzarət altına alıb

Dünya xəbərləri Materials 7 Mart 2017 12:45 (UTC +04:00)
İraqın təhlükəsizlik xidməti Mosulun qərbində Türkiyə konsulluğunun binasını nəzarət altına alıb
İraq ordusu Mosulda Türkiyə konsulluğunun binasını nəzarət altına alıb

Bakı. Orxan Quluzadə - Trend:

İraqın təhlükəsizlik xidməti Mosulun qərbində Türkiyə konsulluğunun binasını nəzarət altına alıb.

Trend-in məlumatına görə, İraq hərbçilərinin İŞİD-lə mübarizəsi davam edir.

Təhlükəsizlik xidməti bundan əvvəl, Mosulun bir sıra hökumət binasının yerləşdiyi kompleks üzərində nəzarəti bərpa etmişdi.

Bundan başqa, İraqın çevik polis qüvvələri də Mosul polis idarəsini və ədliyyə departamentini geri alıb.

Qeyd edək ki, Mosulun azad edilməsi ilə bağlı əməliyyatlar 2016-cı ilin oktyabrında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti