...

İstanbul aeroportunda sərnişin: Çantamda bomba var!

Dünya xəbərləri Materials 10 Mart 2017 18:54 (UTC +04:00)
İstanbulun Atatürk hava limanında təhlükəsizlik xidmətinin əməkdaşları bir sərnişini saxlayıblar.
İstanbul aeroportunda sərnişin: Çantamda bomba var!

Bakı. Trend:

İstanbulun Atatürk hava limanında təhlükəsizlik xidmətinin əməkdaşları bir sərnişini saxlayıblar. Trend-in məlumatına görə, həmin şəxs çantasında bomba olduğunu deyib.

Qeyd olunur ki, baqaj yoxlaması zamanı təhlükəsizlik əməkdaşı sərnişindən çantada elektron qurğunun olub-olmaması barədə soruşub. O isə cavabında “Xeyr, elektron qurğu yoxdur, amma bomba var” deyib.

Daha sonra həmin sərnişin zarafat etdiyini desə də, onun baqajında axtarış həyata keçirilib, özü isə polis bölməsinə aparılıb.

Xəbər lenti

Xəbər lenti