...

Fransa prezidentliyinə namizədə qarşı ittiham - MƏNİMSƏMƏ

Dünya xəbərləri Materials 14 Mart 2017 18:48 (UTC +04:00)
Fransa prezidentliyinə namizəd, keçmiş baş nazir Fransua Fiyona qarşı dövlət vəsaitlərinin israf edilməsi ittihamı irəli sürülüb
Fransa prezidentliyinə namizədə qarşı ittiham - MƏNİMSƏMƏ

Bakı. Trend:

Fransa prezidentliyinə namizəd, keçmiş baş nazir Fransua Fiyona qarşı dövlət vəsaitlərinin israf edilməsi ittihamı irəli sürülüb.

Trend-in məlumatına görə, ittihamlar onun ailə üzvlərinin saxta şəkildə işə düzəlmələri ilə bağlıdır.

Qeyd edək ki, onun ətrafında qalmaqal Fransada satirik jurnalda dərc olunan məqalədən sonra baş qaldırmışdı. Həmin dönəmdə Fransua Fiyonun həyat yoldaşının parlamentdə səkkiz il müddətində onun köməkçisi qismində əmək haqqı aldığı ortaya çıxmışdı.

Bu ittiham keçmiş baş nazirin övladlarına da aid edilib.

Xəbər lenti

Xəbər lenti