...

ABŞ-da ibtidai məktəbdə atışma olub: 3 ölü

Dünya xəbərləri Materials 11 Aprel 2017 03:42 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında ibtidai məktəbdə atışma baş verib
ABŞ-da ibtidai məktəbdə atışma olub: 3 ölü

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında ibtidai məktəbdə atışma baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 3 nəfər həlak olub, 1 məktəbli isə yaralanıb. Ölənlərin 1-i müəllim, 1-i məktəbli, 1-i isə atəş açan şəxsin özü olub.

"Biz hesab edirik ki, bu, qətl və intihar hadisəsi olub", - bu barədə yerli polisin rəhbəri Cared Berquan "Twitter" hesabında yazıb.

O, qeyd edib ki, polislər hadisə yerində işləyir və məktəblilər təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti