...

Buş yenə xəstəxanalıq oldu

Dünya xəbərləri Materials 19 Aprel 2017 10:14 (UTC +04:00)
ABŞ-ın sabiq Prezidenti Corc Buş (ata) xəstəxanaya yerləşdirilib.
Buş yenə xəstəxanalıq oldu

Bakı. Trend:

ABŞ-ın sabiq Prezidenti Corc Buş (ata) xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, 92 yaşlı C.Buşun mətbuat katibi Cim Makqret bildirib ki, sabiq dövlət başçısı sətəlcəm səbəbindən təkrar müalicə olunacaq.

O, ABŞ-ın 41-ci Prezidentinin səhhətinin ümumilikdə yaxşı olduğunu və bir müddət xəstəxanada həkim nəzarətində qalacağını deyib.

Xatırladaq ki, C.Buş ötən ay tənəffüs yollarındakı narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti