...

Peskov Putin və Trampın görüşü barədə məlumatı təkzib edib

Dünya xəbərləri Materials 27 Aprel 2017 06:11 (UTC +04:00)
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov may ayında Vladimir Putin və Donald Tramp arasında ilk görüşün keçiriləcəyi barədə məlumatı təkzib edib
Peskov Putin və Trampın görüşü barədə məlumatı təkzib edib

Bakı. Trend:

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov may ayında Vladimir Putin və Donald Tramp arasında ilk görüşün keçiriləcəyi barədə məlumatı təkzib edib.

Trend bu barədə "TASS"a istinadən xəbər verir.

Bu görüşün may ayında keçirilə bilməsi və ona hazırlıqların görülməsi barədə suala cavab olaraq Peskov deyib ki: "Hələ heç nə yoxdur".

Qeyd edək ki, bundan əvvəl "Kommersant" qəzeti iki ölkənin dövlət strukturlarındakı mənbələrə istinadən may ayının sonunda Avropa ölkələrindən birində Rusiya və ABŞ prezidentləri arasında görüşün keçiriləcəyi barədə məlumat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti