...

Hannoverdə 50 min insan təxliyə edilib - SƏBƏB?

Dünya xəbərləri Materials 7 May 2017 13:14 (UTC +04:00)
Alamniyanın Hannover şəhərində İkinci Dünya müharibəsindən qalan 5 bomba partladılacaq
Hannoverdə 50 min insan təxliyə edilib - SƏBƏB?

Bakı. Trend:

Alamniyanın Hannover şəhərində İkinci Dünya müharibəsindən qalan 5 bomba partladılacaq.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu səbəbdən 50 min şəhər sakini təxliyə edilib.

Bombaların partladılması əməliyyatı bazar günü nahardan sonra başlayacaq və axşama qədər davam edəcək.

"Bu, Hannover şəhərində İkinci Dünya müharibəsi vaxtından ən böyük əməliyyatdır", - yanğından mühafizə xidmətinin nümayəndəsi Mixael Xints deyib.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında belə bir əməliyyat Almaniyanın Auqsburq şəhərində baş tutmuşdu və bu səbəbdən 54 min insan təxliyə edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti