...

İran parlamentində atışma: 7 ölü, 8 yaralı (YENİLƏNİB-5) (VİDEO/FOTO)

Dünya xəbərləri Materials 7 İyun 2017 12:30 (UTC +04:00)
Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsində silah səsləri eşidilib.
İran parlamentində atışma: 7 ölü, 8 yaralı (YENİLƏNİB-5) (VİDEO/FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:18-də yayılıb)

Bakı. Trend:

X X X

Tehranda İran parlamentinə silahlı hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Trend-in məlumatına görə, 4 nəfərin hələ də girovluqda saxlanıldığı bildirilir.

Parlament binasının ətrafında hələ də silah səsləri eşidilir.

10:45

İran parlamentinə hücum edən şəxslər parlamentin dəftərxanasında mühasirəyə alınıblar.

Trend-in məlumatına görə, onların saxlanılması üçün əməliyyat davam edir.

Hadisə nəticəsində ən azı 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilir. Ölən şəxsin mühafizəçi olduğu deyilir.

Yerli KİV-lər parlamentə hücum edən silahlıların sayının 4 nəfər olduğunu yazır.

X X X

İran parlamentində naməlum şəxs və ya şəxslərin atəş açdığı bir vaxtda Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsində də silah səsləri eşidilib.

Trend-in məlumatına görə, yerli KİV-lər mqəbərədə bir nəfərin atəş açdığını yazır.

Hadisə yerində yaralıların olduğu bildirilir.

X X X

10:18

İran parlamentində atışma olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən az iki nəfər güllə yarası alıb.

Yerli KİV-lərin məlumatına əsasən, parlamentdə bir neçə nəfər girov götürülüb.

Hazırda atışmanın getdiyi bildirilir.

X X X

ISNA agentliyi xəbər verir ki, naməlum silahlı şəxs parlamentin binasına daxil olaraq mühafizəçilərə nizamsız atəş açıb. O, hələ də zərərsizləşdirilməyib. 3 nəfər xəsarət alıb.

"Tasnim" agentliyi isə 3 silahlı şəxsin 2 nəfəri yaraladığını bildirir.

Tehrandan olan millət vəkili İlyas Həzrəti 2 nəfərin AK markalı avtomatdan və bir nəfərin tapançadan atəş açdığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti