Bakı. Trend:
Bu gün Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücum zamanı ölənlərin sayı açıqlanıb.
Trend-in məlumatına görə, silahlıların parlamentdə atəşə açması nəticəsində 7 nəfər ölüb.
Ölənlərin sayı rəsmi dairələr tərəfindən hələ təsdiqlənməyib.
Xomeyninin məqbərəsinə hücum edən şəxslərdən birinin özünü partlatması nəticəsində isə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
İran Daxili İşlər Nazirliyi vəziyyətin nəzarət altında olduğunu, narahatlığa əsas olmadığını bəyan edib.