...

ABŞ konqresmeni beysbol meydanında güllələnib: yaralılar var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 14 İyun 2017 16:15 (UTC +04:00)
ABŞ konqresmeni Stiv Skalize güllələnib.
ABŞ konqresmeni beysbol meydanında güllələnib: yaralılar var (YENİLƏNİB)

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının əlaqələndiricisi Stiven Skalis və daha bir neçə nəfər Virciniya ştatının Aleksandriya şəhərindəki beysbol meydanında naməlum şəxs tərəfindən açılan atəş nəticəsində yaralanıb.

Trend-in məlumatına görə, konqresmen bud nahiyəsindən, onun köməkçisi isə sinəsindən xəsarət alıb.

Hücum edən şəxsin kimliyi məlum deyil. Bəzi KİV-lər onun zərərsizləşdirildiyini yazır. Aleksandriya polisi isə hadisə ilə əlaqədar bir şübhəlinin saxlanıldığını bəyan edib.

CNN telekanalı silahlı hücum nəticəsində ən azı 5 nəfərin yaralandığını bildirir.

X X X

ABŞ konqresmeni Stiven Skalis güllələnib.

Trend-in məlumatına görə, hadisə Vaşinqtonda beysbol meydanında baş verib.

CBS telekanalı digər yaralıların da olduğunu bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti