Bakı. Trend:
Qırğızıstanın İssık-Kulsk vilayətində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1-i uşaq olmaqla 2 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.
Məlumata əsasən, yaralananların 5-nin vəziyyəti ağır qiymətləndirilir.