...

ABŞ İstanbuldan gələn təyyarələrdə "noutbuk qadağası"nı ləğv etdi

Dünya xəbərləri Materials 5 İyul 2017 11:32 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hakimiyyəti İstanbulun hava limanından Birləşmiş Ştatlara uçan təyyarələrin salonunda noutbukların aparılmasına qoyulan qadağanı aradan qaldırıb.

Trend-in məlumatına görə, qadağanın ləğvindən sonra ilk reysi Nyu Yorka "Türkiyə Hava Yolları"nın təyyarəsi icra edəcək.

Xatırladaq ki, martın 21-də 10 iri beynəlxalq hava limanından ABŞ-a uçan təyyarələrin salonunda həcm baxımından mobil telefondan böyük olan elektron qurğuların daşınmasına qadağa qoymuşdu. Bu qərar Misir, İordaniya, Qətər, Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə toxunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti