...

Putin: Ərdoğanın mövqeyi sayəsində Suriyadakı vəziyyəti yaxşıya doğru dəyişmək mümkün olub

Dünya xəbərləri Materials 8 İyul 2017 13:13 (UTC +04:00)
Hamburqda davam edən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
Putin: Ərdoğanın mövqeyi sayəsində Suriyadakı vəziyyəti yaxşıya doğru dəyişmək mümkün olub

Bakı. Trend:

Hamburqda davam edən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.

Trend-in məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlərin bütün sahələri üzrə danışıqlar aparılıb.

V.Putin Türkiyə rəhbərliyinin terrora qarşı mübarizədə səylərini yüksək qiymətləndirib.

Rusiya prezidenti bildirib ki, R.T.Ərdoğanın mövqeyi sayəsində Suriyadakı vəziyyəti yaxşıya doğru dəyişmək mümkün olub.

Görüş geniş formatda keçirilib. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti