Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayış nəticəsində həlak olanların sayı 24 nəfər çatıb. Trend-in məlumatına görə, daha 42 nəfər yaralanıb.
Ölkə baş nazirinin ikinci müavininin ofisindən verilən məlumata görə, partlayış onun evinin yanında baş verib. Partlayışın terrorçu-intiharçı tərəfində törədildiyi bildirilir.