...

Yunanıstan meşə yanğınlarına görə Aİ-dən yardım istədi

Dünya xəbərləri Materials 16 Avqust 2017 16:46 (UTC +04:00)
Yunanıstan meşə yanğınları ilə mübarizədə yardım üçün Avropa İttifaqına müraciət edib
Yunanıstan meşə yanğınlarına görə Aİ-dən yardım istədi

Bakı. Trend:

Yunanıstan meşə yanğınları ilə mübarizədə yardım üçün Avropa İttifaqına (Aİ) müraciət edib.

Trend-in məlumatına görə, avqustun əvvəlindən başlayaraq ölkə boyunca meşə yanğınları tüğyan edir.

Yerli yanğınsöndürənlərin alovun qarşısını ala bilmədiyi deyilir. Təkcə avqustun 14-ü 91, avqustun 15-i isə 55 yeni yanğın ocağı aşkar edilib.

Son sutka ərzində isə 33 yeni yanğın hadisəsi qeydə alınıb.

Yunanıstanın bəzi regionlarında fövqəladə vəziyyət elan edilib.

Kipr 60 nəfərdən ibarət qrupu Yunanıstana göndərəcəyini deyib. Fransa isə öz ərazisində meşə yanğınları ilə mübarizə apardığı üçün yardım yollamaqdan imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti