...

KİV: Barselona terroru nəticəsində 22 xarici ölkənin vətəndaşları zərər çəkib

Dünya xəbərləri Materials 18 Avqust 2017 13:59 (UTC +04:00)
İspaniyanın Barselona şəhərində baş vermiş terror aktı nəticəsində 22 xarici ölkənin vətəndaşları zərər çəkib.
KİV: Barselona terroru nəticəsində 22 xarici ölkənin vətəndaşları zərər çəkib

Bakı. Trend:

İlkin məlumata əsasən, İspaniyanın Barselona şəhərində baş vermiş terror aktı nəticəsində 22 xarici ölkənin vətəndaşları zərər çəkib.

Trend-in xarici mətbuata istinadən vetdiyi məlumata görə, həmin şəxslər Fransa, Almaniya, Niderland, Argentina, Venesuela, Belçika, Peru, Rumıniya, İrlandiya, Kuba, Yunanıstan, Makedoniya, Böyük Britaniya, Avstriya, Pakistan, Kanada, Ekvador, ABŞ, Filippin, Küveyt, Türkiyə və Çin vətəndaşlarıdır.

Bundan əvvəl yerli hakimiyyət 18 dövlətin vətəndaşlarının zərər çəkdiyini bildirirdi.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.

Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti