...

Əfqanıstanda sutka ərzində 115 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 20 Avqust 2017 23:13 (UTC +04:00)
Əfqanıstanda güc strukturlarının keçirdikləri əməliyyatlar zamanı sutka ərzində 115 terrorçu məhv edilib, 105-i isə yaralanıb
Əfqanıstanda sutka ərzində 115 terrorçu məhv edilib

Bakı. Trend:

Əfqanıstanda güc strukturlarının keçirdikləri əməliyyatlar zamanı sutka ərzində 115 terrorçu məhv edilib, 105-i isə yaralanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, müdafiə nazirliyinin bəyanatında bildirilir ki: "Müdafiə və təhlükəsizlik qüvvələri sutka ərzində 34 əyalətdən 13-ündə 20 təmizləmə əməliyyatı, 22 xüsusi əməliyyat və 2 gecə reydi keçiriblər. Əməliyyatlar nəticəsində 115 terrorçu məhv edilib, 105-i yaralanıb və 3-ü həbs edilib".

Məlumata əsasən, Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələri bundan əlavə 3 nəqliyyat vasitəsi, 16 motosiklet, 5 bunker məhv ediblər və silah, döyüş sursatları müsadirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti